"Yuventus"dan Stounz həmləsi
"Yuventus" İngiltərə millisi və "Mançester Siti"nin futbolçusu Con Stounzu heyətinə qata bilər.
Sportlife.az xəbər verir ki, Turin təmsilçisi 31 yaşlı müdafiəçini azad agent kimi transfer etmək istəyir.
Oyunçunun cari mövsümün sonunda İngiltərənin "Mançester Siti" klubundan ayrılacağı gözlənilir. Onunla Premyer Liqanın 2 klubu da yaxından maraqlanır.
Xatırladaq ki, 2016-cı ildən "Mançester Siti"də çıxış edən Con Stounz 292 oyunda 19 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.