Premyer Liqanı tərk etdilər
"Vulverhempton" İngiltərə Premyer Liqasındakı yerini qorumaq şansını itirib.
Sportlife.az xəbər verir ki, bu, XXXIII turda "Vest Hem"in səfərdə "Kristal Pelas"la qolsuz heç-heçə etməsindən sonra dəqiqləşib.
Bununla da "canavarlar"ın elitanı tərk etməsi reallaşıb. Rob Edvardsın komandası 17 xalla turnir cədvəlinin 20-ci pilləsində qərarlaşıb.
"Vulverhempton" 2018/19 mövsümündən bəri Premyer Liqada çıxış edirdi.