Məşhur hakim karyerasını bitirdi
Almaniyanın ən məşhur futbol hakimlərindən biri olan Dəniz Aytəkin karyerasını başa vurub.
Sportlife.az xəbər verir ki, 47 yaşlı veteran referinin idarə etdiyi son oyun ötən həftə 2-ci Bundesliqada keçirilmiş "Şalke" - "Proyssen" matçı (4:1) olub.
Aytəkin Bundesliqada debütünü 2008-ci ildə edib. O, Almaniyanın yüksək liqasında 252 oyunda ədaləti qoruyub.