"Sabah"dan Pokatilova yeni təklif

  • Bu gün, 14:06

“Sabah” qapıçısı Stas Pokatilovla bağlı qərarını qətiləşdirib.

Sportlife.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, paytaxt klubu 33 yaşlı qolkiperi növbəti mövsüm də heyətində saxlamağı planlaşdırır. Bununla əlaqədar olaraq klubla anlaşması yaya qədər olan Qazaxıstan millisinin üzvünə yeni 1 illik müqavilə təklif olunub.

Qeyd edək ki, Stas Pokatilov ötən ilin əvvəlindən “Sabah”ın formasını geyinir.


Paylaş: