Rosenyordan gələcəyi ilə bağlı açıqlama
"Çelsi"nin baş məşqçisi Liam Rosenyor London klubundakı gələcəyi ilə bağlı sualı cavablandırıb.
Sportlife.az xəbər verir ki, mütəxəssis klub rəhbərliyinin onu dəstəklədiyini bildirib:
"Çempionlar Liqasına vəsiqə qazanmasaq, məni klubda saxlayacaqlarmı? Onlar mənə inanırlar. Amma inkar edə bilməyəcəyim bir şey var - vəziyyətin reallığı. Son dörd liqa oyunumuzu uduzduq. Bu, qəbuledilməzdir.
Uzunmüddətli perspektivdə mənə nə qədər etibar etsələr də, qısa müddətdə - bu komanda və idman direktorları ilə nəticə göstərmək məsuliyyətim var. Öhdəsindən gələ bilməsəm, gələcək haqqında danışmaq mümkün deyil. Düzünü desəm, son matçlarda kifayət qədər yaxşı çıxış etməmişik".
Qeyd edək ki, "mavilər" Premyer Liqanın son dörd oyununda bir qol belə vurmadan məğlub olub və turnir cədvəlində altıncı yerdədir.