Yayda PSJ-ni tərk edə bilər

  • Bu gün, 13:50

PSJ-nin qapıçısı Lüka Şevalye mövsümün sonunda klubdan ayrıla bilər.

Sportlife.az xəbər verir ki, fransalı qolkiper ehtiyatda qalmağa davam etsə, başqa komandaya keçəcək.

O, PSJ-yə ötən yay "Lill"dən transfer olunub. Lakin sonradan rəqabətdə Rusiya millisinin qapıçısı Matvey Safonova uduzub.

İddiaya görə, "Tottenhem Şevalye ilə yaxından maraqlanır. Amma onun transferi London klubunun Premyer Liqada qalıb-qalmayacağından asılıdır.

Şevalye bu mövsüm PSJ-də 26 matçda 28 qol buraxıb və 10 dəfə qapısını toxunulmaz saxlayıb.


Paylaş: