"Barselona" Superliqadan niyə çıxdı?

  • Bu gün, 11:03

"Barselona"nın prezidenti Joan Laporta Avropa Super Liqası layihəsindən çıxmaq qərarını şərh edib.

Sportlife.az xəbər verir ki, funksioner bunun qeyri-mümkün bir layihə olduğunu bildirib:

"Hamısı xərc idi, heç bir faydası da yox idi. "Real"la münasibətlərimiz yaxşı olmadığı üçün narahat idik.

Avropa ailəsinə qayıtdıq. Super Liqadan çıxdığımızı rəsmi olaraq elan etdik. FİFA ilə münasibət qurduq. Çeferinlə aramızda hər şey qaydasındadır. Avropa futbolunun davamlı inkişafı üçün bütün təşkilatlara yenidən qoşulacağıq".


Paylaş: