Qurban Qurbanov Şamaxıda qar təmizlədi

  • Bu gün, 16:23

"Qarabağ" Azərbaycan Premyer Liqasının XIX turu çərçivəsində Şamaxıda şəhərin eyniadlı komandasının qonağıdır.

Sportlife.az xəbər verir ki, matçdan öncə stadionun qardan təmizlənməsi prosesində iştirak edənlərdən biri də Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov olub. O, kürəklə meydanı qardan təmizləyib.

Təcrübəli mütəxəssisin bu addımı azarkeşlər tərəfindən alqışlarla qarşılanıb. Onlar “Qurban Qurbanov” deyə qışqırıblar.

Hazırda 2-ci hissəsi oynanılan görüşdə hesab 1:1-dir.

Qeyd edək ki, görüş güclü qar səbəbindən 20 dəqiqə gec - saat 14:50-də başlayıb.


Paylaş: