"Messi oxumağı sevmirdi, təhsildə sıfır idi"
"O, oxumağı heç sevmirdi. Lionelin məktəbə getmək istəmədiyi dərhal aydın oldu".
Sportlife.az xəbər verir ki, bu sözləri "Barselona"nın akademiyasında Lionel Messi ilə birlikdə təhsil almış Gilyermo Abaskal deyib.
İspaniyalı mütəxəssis Leonun yaxşı oxumadığını bildirib: "O, futbol texnikası baxımından istedadlı idi. Hamı bilirdi ki, Leo dünyanın ən yaxşılarından biri olacaq. Baxmayaraq ki, o, akademik cəhətdən sıfır idi. Sinifdə ən arxa sıralarda otururdu. Və daim Fabreqas və Pike ilə oynayırdı".
Qeyd edək ki, Messi hazırda "İnter Mayami"də çıxış edir.