Antalyada növbəti medallar
Azərbaycanın daha 6 güləşçisi Türkiyənin Antalya şəhərində keçirilən "Zəfər Kuboku"nda medal qazanıb.
Sportlife.az xəbər verir ki, U-17 yaş qrupunda sərbəst güləşdə Hüseyn Rzazadə (48 kq) gümüş, Abbas Şəfiyev (55 kq) və Elgün Kərimli (92 kq) bürünc mükafat əldə edib.
Yunan-Roma güləşində isə Ömər Salmanovla (48 kq) Qurban Məcnunov (55 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq qızıl medalın sahibi olublar. Yusif Mirzəyev (48 kq) 2-ci yeri tutub.
Xatırladaq ki, Azərbaycan təmsilçiləri daha əvvəl 4 mükafat qazanıblar.