Mbappe üçün Tanrının hədiyyəsi

  • Bu gün, 14:07

"Real"ın hücumçusu Kilian Mbappe Madrid komandasında oynamaq fürsəti barədə danışıb.

Sportlife.az xəbər verir ki, fransalı forvard bunu Tanrının bir hədiyyəsi kimi qəbul etdiyini bildirib:

"Ehtirasımı yaşamaq, ən yaxşı oyunları oynamaq və dünyanın ən yaxşı klubunda olmaq imkanı. Həmişə meydanda olduğum üçün, hər səhər durub məni xoşbəxt edən işi gördüyümə görə çox minnətdaram.

Meydanda olmağı və özümü dünyanın ən yaxşı stadionunda, futbol baxımından dünyanın ən yaxşılarından biri olan bir ölkədə dayanmış kimi hiss etməyi sevirəm".


Paylaş: