Vüsal oynadı, komandası uduzdu

  • Bu gün, 13:11

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin də formasını geyindiyi “Partizani” Albaniya Super Liqasında XXXI turun oyununa çıxıb.

Sportlife.az xəbər verir ki, sözügedən komanda səfərdə “Elbasani” ilə qarşılaşıb.

“Partizani” bu oyunda 0:3 hesablı məğlubiyyətə üzülüb. İsgəndərli meydana start heyətində çıxıb və 62-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, hazırda turnir cədvəlində “Partizani” 44 xalla 5-ci yerdədir.


Paylaş: