Niderlandlı qapıçı nəhənglərin hədəfində

  • Bu gün, 17:06

"Brayton" və Niderland millisinin qapıçısı Bart Verbrüggen karyerasını Avropanın böyük klublarından birində davam etdirə bilər.

Sportlife.az xəbər verir ki, 23 yaşlı qapıçı PSJ, "Bavariya", "Çelsi" və "Arsenal" tərəfindən yaxından izlənilir. Onu almağa əsas namizəd isə "İnter"dir.

Transfermarkt Verbrüggenin dəyərini 40 milyon avro olaraq qiymətləndirir. Bu mövsüm o, Premyer Liqada 32 oyunda 37 qol buraxıb və 8 matçda qapısını toxunulmaz saxlayıb.


Paylaş: