Olimpiya çempionu vəfat etdi
800 metr məsafəyə qaçış üzrə Olimpiya çempionu Lyudmila Lısenko 91 yaşında vəfat edib.
Sportlife.az xəbər verir ki, bu barədə Ukrayna Atletika Federasiyasının mətbuat xidməti məlumat yayıb. Ölümün səbəbi açıqlanmayıb.
Lısenko "Roma-1960" Yay Olimpiya Oyunlarındakı qələbəsindən əlavə, 1954-cü ildə Avropa çempionatında qızıl medal qazanıb. 1955-ci ildə SSRİ İdman Ustası, daha sonra isə SSRİ-nin Əməkdar İdman Ustası adına layiq görülüb. 1960-cı ildə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilib.