"Barselona"nın B planı

  • Bu gün, 18:32

"Barselona" "İnter"in müdafiəçisi Alessandro Bastoninin transferi uğursuz olarsa, alternativ variantlar hazırlayır.

Sportlife.az xəbər verir ki, klub rəhbərliyi müdafiənin mərkəzini gücləndirməyi hədəfləyir. Bastoninin müqaviləsi uğursuz olarsa, "Bolonya"nın müdafiəçisi Con Lukumi alternativ kimi ortaya çıxıb.

Bastoni siyahıda hələ də əsas namizəd olaraq qalır. İtaliyalı futbolçu Hans-Diter Flikin oyun tərzinə uyğun gəlir. Lakin yüksək qiymət səbəbindən transfer asan başa gəlməyəcək.


Paylaş: