Nazir Karamarinovla görüşdü
Aprelin 14-də gənclər və idman naziri Fərid Qayıbov Avropa Atletika Assosiasiyasının prezidenti Dobromir Karamarinovla görüşüb.
Sportlife.az xəbər verir ki, nazir ölkəmizdə idman sahəsində görülən işlər və əldə olunan nailiyyətlər barədə qonağa məlumat verib.
Görüş zamanı Azərbaycan ilə Avropa Atletika Assosiasiyası arasında əməkdaşlıq imkanları və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.