Premyer Liqa klubunda ayrılıq
"Bornmut" baş məşqçi Andoni İraolanın 2025/26 mövsümünün sonunda klubdan ayrılacağını təsdiqləyib.
Sportlife.az xəbər verir ki, bu, onun Premyer Liqa klubundakı 3 illik karyerasına son qoyacaq. İraolanın təyinatından bəri klub İngiltərə Premyer Liqasında stabil çıxış edərək, 2024/25 mövsümündə rekord sayda - 56 xal toplayıb və turnir cədvəlində doqquzuncu yeri tutub.
İraola 2023-cü ilin iyulunda baş məşqçi təyin olunub.