Onun üçün mövsüm erkən bitdi

  • Bu gün, 11:54

"Tottenhem"in müdafiəçisi Kristian Romero "Sanderlend"ə 0:1 hesabı ilə məğlub olduqları oyunda aldığı diz zədəsi səbəbindən mövsümün qalan hissəsini buraxacaq.

Sportlife.az xəbər verir ki, ilkin müayinələrdən sonra 27 yaşlı argentinalı futbolçunun diz bağlarında zədə aşkarlanıb.

Zədənin dərəcəsini müəyyən etmək üçün yaxın günlərdə əlavə müayinələr aparılacaq.

Müdafiəçi 5-8 həftə müddətinə meydandan kənar qala bilər.

Onun DÇ-2026-ya kimi sıraya qayıdacağı gözlənilir.


Paylaş: