"Turan Tovuz"da 100-cü oyun
Faiq Hacıyev "Turan Tovuz"un heyətində Azərbaycan Premyer Liqasında 100-cü oyununu keçirib.
Sportlife.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.
Kapitanın yubiley matçı çempionatın XXVII turunda keçirilən "Sumqayıt"la matça təsadüf edib.
Qeyd edək ki, Tovuzda baş tutan "Turan Tovuz" - "Sumqayıt" matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.