"Çelsi"nin futbolçusu öldürüldü
Qananın "Çelsi" klubunun hücumçusu Dominik Frimponq ölüb.
Sportlife.az xəbər verir ki, o, komanda avtobusuna silahlı hücumdan sonra dünyasını dəyişib.
Hadisə Qana çempionatının "Samarteks"lə səfər oyunundan (0:1) qayıdarkən baş verib.
20 yaşlı Frimponq bu mövsüm klubda 13 oyun keçirib və 2 qol vurub.