İtaliya üçün qızıl şans
FIFA İranın ABŞ və İsrail ilə hərbi münaqişə səbəbindən DÇ-2026-dan çıxması halında müxtəlif ssenariləri nəzərdən keçirir.
Sportlife.az xəbər verir ki, ali futbol qurumu mundiala vəsiqə qazana bilməyən 4 komandadan ibarət (Asiya və Avropadan) qitələrarası pley-off keçirməyi düşünür.
Qeyd olunur ki, yüksək FIFA reytinqi sayəsində İtaliya turnirdə Avropanı təmsil edəcəyinə demək olar ki, əmindir.
Xatırladaq ki, İtaliya pley-off finalında Bosniya və Herseqovinaya penaltilərdə məğlub olub.
DÇ-2026 iyunun 11-dən 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.