"Barselona"nın gənc futbolçusu klubdan ayrıla bilər

  • Bu gün, 16:00

“Barselona”nın yarımmüdafiəçisi Mark Kasado klubdan ayrıla bilər.

Sportlife.az xarici KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı futbolçu karyerasını davam etdirmək üçün komandanın baş məşqçisi Hans-Diter Flikə güvənmədiyini etiraf edib və klubdan ayrılmaq qərarına gəlib.

Səudiyyə Ərəbistanı liqası yarımmüdafiəçi üçün ən çox ehtimal olunan yer hesab olunur. “Barselona” onun satışından təxminən 20 milyon avro qazana bilər.

Kasado bu mövsüm İspaniya klubunun heyətində 30 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə edib.


Paylaş: