Mahirsiz səfər qələbəsi
Almaniya 2-ci Bundesliqasında XXIX turun oyunları keçirilir.
Sportlife.az xəbər verir ki, Mahir Emrelinin formasını geyindiyi "Kayzerslautern" "Herta"nın qonağı olub. Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 46-ya yüksəldən "Kayzerslautern" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Mahir Emreli bu matçda iştirak etməyib. 29 yaşlı hücumçu sona qədər ehtiyatda qalıb.