Premyer Liqada daha 3 oyun
Azərbaycan Premyer Liqasının XXVII turunda bu gün daha 3 oyun keçiriləcək.
Sportlife.az xəbər verir ki, "Qarabağ" "Şamaxı"nın qonağı olacaqsa, lider "Sabah" "Zirə"ni qəbul edəcək. Günün son oyunu isə "Neftçi" və "Araz-Naxçıvan" arasında keçiriləcək.
Daha öncə baş tutmuş "Karvan-Yevlax" – "Kəpəz" matçında meydan sahibləri 4:1 hesabıyla qalib gəliblər.
"Qəbələ" – "İmişli" və "Turan Tovuz" – "Sumqayıt" oyunları sabah keçiriləcək.
Azərbaycan Premyer Liqası
XXVII tur
11 aprel
15:30. “Şamaxı” – “Qarabağ”
Hakimlər: İnqilab Məmmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli.
Şamaxı şəhər stadionu
18:00. “Sabah” – “Zirə”
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Elvin Bayramov.
“Bank Respublika Arena”
20:00. “Neftçi” – “Araz-Naxçıvan”
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Elçin Məsiyev.
“Palms Sports Arena”