Zubir "Qarabağ"ı tərk edir
"Qarabağ"ın futbolçusu Abdullah Zubir yayda komandanı tərk edəcək.
Sportlife.az "L Equipe" nəşrinə istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçi Qətərin "Əl Şahaniyə" klubuna keçəcək.
Artıq tərəflər müqavilə şərtlərini razılaşdırıblar. Transferin detalları açıqlanmır.
Zubir "Qarabağ"a 2018-ci ildə Fransa "Lans"ından keçib. 34 yaşlı vinger Ağdam komandasının heyətində 355 oyunda 77 qol və 94 məhsuldar ötürmə müəllifi olub. Onun klubla 2027-ci ilin iyununadək müqaviləsi var.
Qeyd edək ki, hazırda "Əl Şahaniyə" Qətər çempionatında 21 oyundan 31 xalla 12 komanda arasında 11-ci yerdə gedir. Klub təmsilçisi paytaxt Dohadan 20 km aralıda yerləşən eyniadlı şəhəri təmsil edir.