Millimiz bu dəfə 5 top buraxdı

  • Bu gün, 16:44

Futzal üzrə Azərbaycan millisi bu gün ikinci yoldaşlıq görüşünə çıxıb.

Sportlife.az xəbər verir ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda ardıcıl ikinci dəfə qarşılaşdığı Gürcüstan yığmasına uduzub - 2:5.

Görüş Tbilisi şəhərindəki İdman Sarayında keçirilib.

Qeyd edək ki, Azərbaycan millisi aprelin 9-da eyni məkanda Gürcüstanla qarşılaşıb. Həmin matç da ev sahiblərinin (4:2) qələbəsi ilə bitib.

Ayın 13-ü və 15-də isə komanda Aktauda Qazaxıstan ilə yoldaşlıq matçları keçirəcək.


Paylaş: