Bundesliqada bir ilk
Almaniyanın "Union" klubu baş məşqçisi Şteffen Baumqartı istefaya göndərib.
Sportlife.az xəbər verir ki, "Union"un yeni baş məşqçisi buna qədər klubun U-19 komandasın çalışdırmış Mari-Luiza Eta olub. O, mövsümün sonuna qədər komandaya rəhbərlik edəcək.
Xanım baş məşqçinin Bundesliqanın kişilərdən ibarət komandasına baş məşqçi təyinatı tarixdə ilk dəfədir. Mari-Luiza Eta 2023-2024 mövsümündə də "Union"un məşqçilər korpusunda yer alıb.