NBA klubunda istefa

  • Bu gün, 14:59

ABŞ-nin Milli Basketbol Assosiasiyasında (NBA) çıxış edən “Miluoki Baks” komandası baş məşqçisi Dok Riverslə yollarını ayırıb.

Sportlife.az ESPN-ə istinadən xəbər verir ki, buna kollektivin NBA-da pley-off mərhələsinə vəsiqə qazana bilməməsi səbəb olub. Şərq Konfransında mübarizə aparan “Miluoki Baks” müntəzəm mövsümü 11-ci yerdə başa vurub.

Qeyd edək ki, Dok Rivers 2023-2024-cü illər mövsümünün ortasından etibarən “Miluoki Baks”a başçılıq edirdi. Onun rəhbərliyi altında komanda iki dəfə pley-offa çıxıb, lakin hər ikisində ilk turda məğlub olub. Riversin ən böyük uğuru 2024-cü il NBA Kubokunu qazanmaq olub.


Paylaş: