Mourinyo: "Tottenhem" məğlub yığınıdır"

  • Bu gün, 18:28

"Tottenhem"in keçmiş baş məşqçisi Joze Mourinyo London klubunun rəhbərliyini tənqid edib.

Sportlife.az xəbər verir ki, portuqaliyalı mütəxəssis İngiltərə təmsilçisinin böyük klub olmadığını bildirib:

"Tottenhem"dən nə gözləyirsiniz? Onlar finala çıxan, hətta Avropada kuboklar qazanan məşqçiləri işdən çıxarırlar. Heç vaxt əsl böyük klubun mentalitetinə sahib olmayıb. "Tottenhem" daha çox qalib adı altında gizlənmiş bir qrup məğlub yığınıdır". 

Qeyd edək ki, Mourinyo "Tottenhem"dən 2021-ci ildə qovulub.


Paylaş: