Flikdən UEFA-ya şikayət
"Barselona"nın baş məşqçisi Hans-Diter Flik Çempionlar Liqasının 1/4 finalının ikinci oyunundan əvvəl "Atletiko"nun stadionundakı meydançanın vəziyyətindən şikayətlənib.
Sportlife.az xəbər verir ki, oyunöncəsi məşqdən əvvəl alman məşqçi UEFA nümayəndələrinə meydançanın vəziyyətindən narazılığını bildirib və problemli bir sahəni qeyd edib.
Qeyd edək ki, "Barselona" ilk oyunda "Atletiko"ya 0:2 hesabı ilə uduzub. Cavab matçı bu gün keçiriləcək.