MY 45 ildən sonra evdə "Lids"ə uduzdu
"Mançester Yunayted" Premyer Liqanın 32-ci turunda evdə "Lids"ə 1:2 hesabı ilə uduzub.
Sportlife.az xəbər verir ki, bu, "qırmızı şeytanlar"ın 1981-ci ildən sonra İngiltərə Premyer Liqasında "Old Trafford"da sözügedən rəqibə ilk məğlubiyyəti olub.
O vaxtdan bəri "Lids" "Mançester Yunayted"in ev stadionunda 18 oyun keçirib, 11-də uduzub, digər 7-də isə heç-heçə edib.
"Lids", həmçinin 2010-cu ildə "Old Trafford"da "Mançester Yunayted"ə qalib gələrək İngiltərə Kubokunu qazanıb.