"Neftçi"də yeni vinger
“Neftçi” bu il ilk transferini həyata keçirib.
Sportlife.az xəbər verir ki, braziliyalı hücumameyilli yarımmüdafiəçi Breno Almeyda ilə 2.5 illik müqavilə bağlanıb.
Sonuncu klubu “Etnikos” (Kipr) olan 27 yaşlı futbolçu Braziliya, Səudiyyə Ərəbistanı və Malta liqalarında da oynayıb. O, 2024-cü ilin yayından çıxış etdiyi “Etnikos”un heyətində bu mövsüm 14 rəsmi oyunda meydana çıxıb, 3 qol və 5 məhsuldar ötürmə müəlllifi olub.