Olise hamını qabaqladı
"Bavariya"nın yarımmüdafiəçisi Maykl Olise Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçlarından sonra həftənin oyunçusu seçilib.
Sportlife.az xəbər verir ki, Münhen komandası ikinci oyunda "Real"ı 4:3 hesabı ilə məğlub edib. Qələbə qolunu isə Olise vurub.
İkinci yeri "Liverpul"la oyunda dubl edən PSJ-nin hücumçusu Usman Dembele tutub. Üçüncü yera "Arsenal"ın yarımmüdafiəçisi Martin Zubimendi, dördüncü yerə isə "Barselona"nın yarımmüdafiəçisi Dani Olmo layiq görülüb.
Olise cari Çempionlar Liqasında 11 oyunda meydana çıxıb, dörd qol vurub və yeddi məhsuldar ötürmə edib.