"Şamaxı" - "Qarabağ": Oyun gec başlayacaq
Azərbaycan Premyer Liqasının XIX turu çərçivəsində bu gün keçirilməli olan “Şamaxı” – “Qarabağ” oyununun başlama saatı əlvəreşsiz hava şəraiti səbəbindən dəyişdirilib.
Sportlife.az xəbər verir ki, qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi saat 14:30-da deyil, 14:50-də start götürəcək.
Qeyd edək ki, hazırda Şamaxı şəhər stadionunun ot örtüyünün qardan təmizlənməsi prosesi davam edir.