APL: Tur 2 oyunla start götürür
Bu gün Azərbaycan Premyer Liqasında XXIV tur start götürəcək.
Sportlife.az xəbər verir ki, ilk oyun günündə 2 görüş keçiriləcək.
"Araz-Naxçıvan" "Liv Bona Dea Arena"da "Karvan-Yevlax"ı, "Sumqayıt" isə Mehdi Hüseynzadə adına şəhər stadionunda "Şamaxı"nı sınağa çəkəcək. Matçlar, müvafiq olaraq, saat 18:30 və 20:30-da başlayacaq.
Naxçıvan təmsilçisi 33 xalla 5-ci, Yevlax klubu 8 xalla sonuncu - 12-ci, Sumqayıtın eyniadlı kollektivi 32 xalla 6-cı, şamaxılılar isə 27 xalla 8-ci sıradadır.
Azərbaycan Premyer Liqası
III dövrə, XXIV tur
13 mart
18:30. "Araz-Naxçıvan" – "Karvan-Yevlax"
Hakimlər: Kamranbəy Rəhimov, Zeynal Zeynalov, Kərim Zeynalov, İslam Məmmədov.
VAR: Elvin Bayramov.
AVAR: İnqilab Məmmədov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
"Liv Bona Dea Arena"
20:30. "Sumqayıt" – "Şamaxı"
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Əkbər Əhmədov.
VAR: Əli Əliyev.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Qeyd edək ki, tura martın 15-də yekun vurulacaq.