FIFA İrana sanksiya tətbiq edə bilər
FIFA İran millisinə ciddi sanksiyalar tətbiq edə bilər.
Sportlife.az xəbər verir ki, bu, Asiya təmsilçisi DÇ-2026-dan imtina edəcəyi halda baş verəcək.
Bu halda FIFA yığmanı öz bayrağı altında keçirilən bütün turnirlərdən kənarlaşdıra, müvafiq federasiyasını isə 275 və 555 min avro məbləğində cərimələyə bilər.
İran millisinin digər idman sanksiyaları ilə üzləşə biləcəyi də istisna edilmir.
Qeyd edək ki, daha əvvəl İranın idman naziri Əhməd Dünyamalı ABŞ və İsraillə müharibə səbəbindən yığmanın mundialda iştirakının mümkünsüz olduğunu açıqlayıb.
DÇ-2026 bu il iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçiriləcək. İran Belçika, Misir və Yeni Zelandiya ilə G qrupuna düşüb.