Bakıda poker etdi, nəhənglərin "radar"ına düşdü
PSJ və “Mançester Siti” “Nyukasl”ın futbolçusu Antoni Qordonu heyətinə qatmağı planlaşdırır.
Sportlife.az Mirror-a istinadən xəbər verir ki, hər iki klub 25 yaşlı vinger üçün danışıqlara start verib.
Onun “Nyukasl”la müqaviləsinin müddəti 2030-cu il iyulun 1-nə qədərdir. Qordonun hazırkı komandasını tərk edib-etməyəcəyi bəlli deyil.
İngiltərə millisinin də üzvü olan futbolçu “Liverpul”un yetirməsidir. O, “Everton” və “Preston”da oynadıqdan sonra 2023-cü ildə “Nyukasl”a keçib.
Qeyd edək ki, Qordon bu mövsüm Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"la Bakıda keçirilən ilk görüşündə (1:6) poker etmişdi.