Dünya çempionatını buraxacaq
Meksika millisinin və "Amerika" klubunun qapıçısı Luis Anxel Malaqon zədə səbəbindən DÇ-2026-nı buraxacaq.
Sportlife.az xəbər verir ki, o, KONKAKAF Çempionlar Kuboku matçında sıradan çıxıb.
29 yaşlı futbolçunun axill vətəri cırılıb. Qapıçı əməliyyat olunacaq və onun sağalma müddəti bərpa prosesinin gedişatından asılı olacaq.
Qeyd edək ki, dünya çempionatı iyunun 11-dən iyulun 19-dək keçiriləcək.