"Real"ın tarixinə düşdü
"Real"ın futbolçusu Tyaqo Pitarç İspaniya klubunun tarixinə düşüb.
Sportlife.az xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi bunu Çempionlar Liqasının 1/8 final mərhələsinin "Mançester Siti" ilə oyununda (3:0) meydana start heyətində çıxmaqla bacarıb.
Qarşılaşma vaxtı 18 yaş 220 günündə olan futbolçu ÇL-in pley-off mərhələsində Madrid təmsilçisi üçün ilk "11-lik"də matça başlayan ən gənc ispan olub.
Pitarç bununla "Real"ın əfsanəvi oyunçusu Raul Qonsalesin rekordunu yeniləyib.