Çempionlar Liqasında 11-ci qol
PSJ-nin futbolçusu Xviça Kvaratsxeliya UEFA Çempionlar Liqasında 11-ci qolunu vurub.
Sportlife.az xəbər verir ki, gürcüstanlı vinger ötən gün 1/8 final mərhələsinin "Çelsi" ilə ilk oyununda (5:2) dubl edib.
Yarımmüdafiəçi bu göstərici ilə Rusiya millisinin sabiq hücumçusu Artyom Dzyubanı (9) qabaqlayıb.
Qeyd edək ki, Xviça Kvaratsxeliya 11 qolu 36 oyunda vurub.