Ştoqrin: "Marta qədər uduzmamışıqsa..."

  • Bu gün, 10:00

“Çətin oyun keçdi. Rəqib də güclü komanda idi".

Sportlife.az xəbər verir ki, bu sözləri “Neftçi”nin futbolçusu Andrey Ştoqrin Azərbaycan Premyer Liqasının 23-cü turunda “Turan Tovuz”a uduzduqları oyunla bağlı danışarkən deyib.

Ukraynalı yarımmüdafiəçi ölkəsinin mətbuatına açıqlamasında 0:1 hesablı məğlubiyyəti şanslardan lazımınca yararlana bilməmələri ilə əlaqələndirib: "Hər iki tərəfin fərqlənmək üçün yaxşı imkanları oldu. Sadəcə, rəqib öz şansından istifadə etdi, biz isə qol fürsətlərini qaçırdıq. Halbuki fiziki baxımdan heç də geri qalmırdıq. Xüsusilə son yarım saatda ardıcıl hücumlar edərək təhlükəli vəziyyətlər yaratdıq. Ümumilikdə bərabər səviyyəli oyun keçdi”.

Ştoqrinin fikrincə, hələ də avrokuboklara vəsiqə şansları davam edir: “Əgər dekabrdan marta qədər uduzmamışıqsa, deməli, çıxışımızda müsbət tərəflər az deyil. Fikrimcə, “Neftçi” avrokuboklar uğrunda mübarizəyə layiqdir”.

Qeyd edək ki, ehtiyatında bir oyun olan “Neftçi” hazırda 31 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşır.


Paylaş: