Şahruddinə görə növbəti cəza

  • Bu gün, 18:09

FIFA İntizam Komitəsi "Adana Dəmirspor"a növbəti dəfə xal silmə cəzası tətbiq edib.

Sportlife.az xəbər verir ki, Adana təmsilçisinin daha 6 xalı silinib.

Bununla da komandanın xalı -51 olub. I Liqa təmsilçisi hazırda turnir cədvəlində sonuncu - 20-cidir.

Qeyd edək ki, "Adana Dəmirspor" keçmiş futbolçularına borclu olduğu üçün bu cür sanksiyaya məruz qalır. Klubun Azərbaycan millisinin və "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyevə də borcu var.


Paylaş: