"Sabah"ın məşqçisinə 7 oyunluq cəza
AFFA İntizam Komitəsi "Sabah"ın məşqçisi Valerio Zuddası sərt cəzalandırıb.
Sportlife.az xəbər verir ki, buna onun "Qarabağ"la çempionat matçındakı davranışı səbəb olub.
Həmin görüşdə rəqib komandaya qeyri-etik jest edən Zuddasa 7 oyunluq cəza verilib. "Sabah" 15 000 manat cərimələnib.
"Qarabağ"ın məşqçiləri Müşfiq Hüseynov və Zaur Tağızadə isə 6 oyunluq cəza alıblar. Onlar sözügedən qarşılaşmada kütləvi davada iştirak ediblər. Ağdam klubu hər 2 mütəxəssisə görə 6 min manat (ümumilikdə 12 min manat) ödəməli olacaq.