ABŞ klubu Nərimanı təqdim etdi
ABŞ-nin “Kolambus Kru” klubu Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadəni rəsmi olaraq təqdim edib
Sportlife.az xəbər verir ki, MLS təmsilçisi bununla bağlı sosial şəbəkə hesablarında maraqlı vide paylaşıb.
Qeyd edək ki, ABŞ klubu Nəriman Axundzadəni "Qarabağ"dan 1 milyon avrodan çox təzminat qarşılığında transfer edib. 21 yaşlı hücumçu ilə 2029-cu ilədək müqavilə imzalanıb.