“Sabah” üçün xüsusi qaydalar?
"Qarabağ” – “Sabah” oyununda yaşanan gərginlik hamının gözü qarşısında baş verdi. "Sabah"ın məşqçisi Valerio Zuddasın Ağdam klubunun məşqçisinə qarşı qeyri-etik jestindən sonra futbolçuların və məşqçilərin mübahisəyə qoşulmasını hamı gördü.
Amma AFFA-nın İntizam Komitəsinin sədri Erkin Hüseynov "Teleqraf"a bildirib ki, hakimlərin və AFFA nümayəndəsinin protokolunda bu barədə heç nə qeyd olunmayıb.
Bəs onda "Sabah"ın baş məşqçisi Dambrauskas Qurban Qurbanovdan nəyə görə üzr istəyib? Hakimlər və AFFA nümayəndəsi "Sabah" rəhbərliyindən çəkinir? Bu qorxunun arxasında nə dayanır?
Niyə belə hadisələr tez-tez eyni klubun ətrafında müzakirə mövzusuna çevrilir? “Sabah” klubunun prezidenti Maqsud Adıgözəlovun AFFA strukturlarındakı təsiri?
Təbii ki, heç kim açıq şəkildə bunu etiraf etməyəcək. Amma faktların ardıcıllığı insanı düşünməyə vadar edir.
Futbolda təsadüflər olur. Amma eyni istiqamətdə təkrarlanan “təsadüflər” çoxlu suallar doğurur.
Qaydalar hamı üçün eynidirmi? Sizcə, doğrudanmı eynidir?
Mirələm HƏSƏNLİ