"Real"da ciddi itkilər
"Real"ın futbolçuları Kilian Mbappe və Cud Bellingem zədə səbəbindən Çempionlar Liqasının 1/8 final mərhələsinin "Mançester Siti" ilə ilk oyununda meydana çıxmayacaq.
Sportlife.az xəbər verir ki, həmçinin, Alaba, Sebalyos, Militao və Rodriqo da matçı buraxacaqlar.
Görüş martın 11-də "Santyaqo Bernabeu" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.