İnfantinonun DÇ-2026 favoriti
FIFA prezidenti Canni İnfantino qarşıdan gələn DÇ-2026-nın favoritləri haqqında danışıb.
Sportlife.az xəbər verir ki, o, İspaniya millisinin qələbə üçün əsas namizədlərdən biri olduğunu qeyd edib.
"Əlbəttə ki, İspaniya digərləri ilə yanaşı, favoritlərdən biridir. Biz artıq İspaniyanın güclü tərəflərini bilirik. Reytinqdə birinci yeri tutan komanda favoritlər arasında olmalıdır".
Qeyd edək ki, dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində 3 ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək.