Mbappedən "Real"a şad xəbər

  • Bu gün, 10:23

"Real"ın hücumçusu Kilian Mbappe komanda ilə məşqlərə qayıdıb.

Sportlife.az xəbər verir ki, fransalı forvardın UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində martın 11-də Madriddə "Mançester Siti"yə qarşı keçiriləcək ilk oyunda meydana çıxacağı gözlənilir.

Qeyd edək ki, zədə səbəbindən "kral klubu"nda bir neçə oyunu buraxan futbolçuya sol dizin bağ burxulması diaqnozu qoyulmuşdu.

Mbappe bu mövsüm "Real"da 33 oyuna 38 qol vurub və 6 məhsuldar ötürmə edib.


Paylaş: