Laporta Messi ilə bağlı həqiqəti açıqladı

  • Bu gün, 11:29

"Barselona"nın prezidenti vəzifəsinə yenidən namizəd olan Joan Laporta komandanın keçmiş baş məşqçisi Xavinin Lionel Messinin qayıdışının baş tutmaması ilə bağlı şərhlərinə münasibət bildirib.

Sportlife.az xəbər verir ki, funksioner maddi səbəblərə görə argentinalı superulduzun müqaviləsini yeniləyə bilmədiklərini deyib:

"Sonra, 2023-cü ildə Xavi mənə Messinin qayıtmaq istədiyini dedi. Bu, martın ortaları idi. Müqaviləni may ayında evimə gələn Xorxe Messiyə göndərdim və o, Leoya çox təzyiq olacağını və "İnter Mayami"yə getməyi üstün tutacaqlarını dedi".


Paylaş: