İki futbolçuya ömürlük cəza

  • Bu gün, 12:39

MLS ABŞ-li yarımmüdafiəçi Derrik Cons və qanalı hücumçu Yeo Yeboanı oyunlara mərc etdiklərinə görə ömürlük cəzalandırıb.

Sportlife.az xəbər verir ki, oyunçular öz komandalarının iştirak ilə keçirilən matçlar da daxil olmaqla, MLS oyunlarına mərc ediblər.

Qayda pozuntuları 2024 və 2025 mövsümlərində qeydə alınıb.

29 yaşlı Cons MLS-də "Filadelfiya", "Neşvil", "Hyuston", "Şarlott" və "Kolambus" komandalarında oynayıb. 28 yaşlı Yeboa isə "Kolambus" və "Los-Anceles"in formasını geyinib. O, hazırda Çinin "Qindao" komandasında oynayır.


Paylaş: